FAQ / Dəstək
Tez-tez verilən Suallar
Simurq Parapsixologiya Mərkəzi ilə bağlı ən çox ünvanlanan sualları burada topladıq.
Daha çox sualınız var?
Siyahıda axtardığınız sualı tapa bilmədinizsə, mərkəzimizlə birbaşa əlaqə saxlayaraq dəstək ala bilərsiniz.
Sosial media hesablarımız üzərindən də bizə yazaraq sürətli cavab ala bilərsiniz.
Parapsixoloq kimdir və bu elm nəyi öyrənir ?
Parapsixoloq - para (can), psixos(ruh), loqos (elm) sözlərindən yaranıb və insanın fiziki bədənləri ilə eterik bədənləri arasındakı vəhdəti, fövqaltəbii gücləri onların öyrənilməsini və istifadəsini öyrənən bir elm sahəsidir.
Hipnozda yat deyiləndə insan həqiqətən yatırmı ?
Hipnozda yat deyəndə insan həqiqətən yatmır, yatmış bir insana terpiya etmək mümkündürmü təbii ki xeyr, bu zaman necə olur insana yat dediyimizda gözünü baxlayır və dediyimizi edir desəniz cavabı belədir ki, hipnoterpevt təlqin verərkən deyir ki: 10dan geriyə doğru sayacam və yat dediyimdə gözünü bağlayıb dərin hipnotik yuxuya keçəcəksən bu isə o deməkdir ki, beyin dalğaları Alfa və Betta dalğaları arasında gedir gəlir.
Cinsi zəifliyin bioenerji ilə müalicəsi varmı ?
Bəli, mümkündür, əgər cinsi zəifliyi yaradan hər hansısa bir bakteriya, parazit, qurd deyilsə bioenerji ilə müalicəsi mümkündür, bakteriya, qurd, parazit olduğu halda belə fitoterapiya ilə müalicə oluna bilər.
Hər kəs Astral səyahətə çıxa bilərmi ?
Xeyr, Astral səyahətə çıxmaq üçün enerji bədənimizi gücləndirməliyik və ilk dəfə astrala çıxarkın mütləq mütəxəssis köməyindən iatifadə etmək lazımdır.
OKP-nin müalicəsi varmı ?
Obsessiv-kompulsiv pozuntu və ya qısaca OKP , həmçinin sarışan hallar nevrozu — narahatıq yaradan sarışan fikirlərin (obsessiyaların) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (kompulsiyaları) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. OKP yeniyetmə və yetişkin insanlarda görünən ən yayılmış psixiki pozuntudur. Nevrozun bu növündə sarışan fikirlər psixoloji diskomfort varadır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvvəqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə hisslərin və hərəkətlərin qüsurlu dövranı yenidən işə düşür. OKP Psixiatrik xəstəliklərin kateqoriyasına daxildir. OKP yüngül, orta, orta-ağır, ağır və kəskin-ağır dərəcələrə bölünür. Eyni zamanda OKP 80% hallarda PSİXOTERAPİYA ilə, 20% hallarda PSİXİATRİK DƏRMANLARLA müalicə olunur.
Qaraciyər piylənməsinin bioenerji ilə müalicəsi mümkündürmü ?
Bəli, bioenerji ilə qaraciyər piylənməsini müalicə etmək və qarşısını almaq mümkündür.
Bioenerji ilə hansı xəstəlikləri müalicə edə bilər ?
Ümumiyyətlə insan bədəninə enerji həm kosmik fəzada, təbiətdən, həm də fiziki bədən təlabatını ödədikdən sonra endokrin vəzləri sistemimizdə və yaxud digər adı ilə daxili sekressiya vəzlərində yaranan ATF (Adenozin Trifosfat Turşusu) tərəfindən bütün bədənimizə yayılır. Fiziki bədənimizi və digər eterik bədənlərimizi enerji ilə təmin edir. Bioenerji ilə 3 haldan başqa bütün növ xəstəliklərin müalicəsi mümkündür. Onlar bunlardır:
Hipnoterapiya hər zaman yararlıdırmı və hansı xəstəlikləri hipnozla müalicə etmək olar ?
Bəli, Hipnoterapiya bir çox hallarda yararlıdır və bir çox xəstəliklərin müalicəsində istifadə olunması məqsədəuyğundur. 1 hipnoz seansı 4-5 psixoterapevtik seansa bərabərdir.